Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqilliyimiz əbədidir

18.10.2024

Masallı rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda mühazirə oxunub.

Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyev və tarix boyu müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova mühazirədə qeyd olunan 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb.