Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid ailəsi ziyarət olunub

18.10.2024

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı və idarə aparatının əməkdaşları şəhid Emil Şıxəlizadənin ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidin döyüş yolundan söhbət açılıb, qəhrəmanlığından bəhs edilib, ailənin problemləri dinlənilib.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.