Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müstəqilliyimizə və suverenliyimizə aparan yol

18.10.2024

 Lerik Rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət işçilərinin və məktəblilərin iştirakı ilə Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla və məhəbbətlə yad edilib.

Daha sonra Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Çıxışlarda qeyd edilib ki, 1991 -ci il oktyabrın 18 də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918 -1920 -ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Müstəqilliyimizin o çətin dövrlərində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsindən xilas olub.

Tədbir Lerik Rayon Təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə məktəblilər arasında Müstəqilliyimizin Bərpası Gününə həsr olunmuş bilik yarışması ilə davam edib.