09.09.2024
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "9 Sentyabr -Smayliklərin ad günü" mövzusunda tədbir keçirilib.
Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova bu əlamətdar gün haqqında məlumat verərək bildirib ki, 9 sentyabr 1982-ci ildə Karnegi Mellon Universitetinin professoru Skott Falman öz kolleqalarına elektorun məlumat göndərir və simvoldan istifadə edir.Alim belə hesab edir ki,bu işarə gülümsər üzə bənzəyir.Həmin vaxtdan da Smayliklər Günü bütün dünyada qeyd olunmağa başlayır."Emoji" sözü Yaponcadan "şəkilli xarakter" mənasını verir.Açıqlama vermək lazım olsa,smayıllar müxtəlif duyğu və düşüncələrimizi,ümumiyyətlə,sarı sifətli insan bənzəri ikonlar vasitəçiliyi ilə ifadə edən,mesajlaşmadan istifadə etdiyimiz kiçik şəkillərdir.Bu hörmətcil və şirin insanlar,illər əvvəl smayıllardan istifadə etməyə başlayıblar.Hətda bu gündə Yapon bir dostunuz olsa,rahatlıqla smayla olan sevgilərini görə bilərsiniz.
Sonda Uşaq şöbəsinin əməkdaşları və fəal oxucular tullantı əşyalarını dəyərləndirərək onlardan müxtəlif smayliklər hazırlayıblar.