05.09.2024
Masallı rayon Mərkəzi Kitabxanasında Tarix-Diyarşünaslıq Muzeyinin və kitabxananın birgə təşkilatçılığı ilə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa yaradıcı şəxsiyyətlər məkanı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir başlamazdan öncə müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk çıxış edən Muzeyin direktoru Əntiqa Tağıyeva bildririb ki,Şuşa hər dövrdə zəngin ədəbi ənənələri ilə seçilib, böyük şəxsiyyətlər və ədəbiyyat xadimləri yetişdirib. O, çıxışında 2023-cü il 25-26 sentyabr tarixlərində Qətər dövlətinin paytaxtı Doha şəhərində İslam dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında Şuşanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin milli mədəniyyətimizin dünya miqyasında nüfuzundan xəbər verən mühüm hadisə olduğunu xatırladıb. Birinci vitse-prezident, ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Şuşanın mədəni irsinin, mədəni,tarixi və dini abidlərinin bərpası ilə bağlı görülən böyük işlərdən söhbət açıb.
Tədbirin gedişində kitabxananın baş biblioqrafı Günay Xəlilova Şuşa şəhərinin Azərbaycan mədəniyyətində bənzərsiz rolundan danışıb. O,çıxışında vurğulayıb ki, 2020-cü ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən Şuşanın düşmən işğalından azad olunması nəticəsində bu qədim şəhərimiz tarixi şöhrətinə yenidən qovuşdu. Qeyd olunub ki, Şuşada quruculuq-bərpa işləri geniş vüsət alıb, beynəlxalq mədəni tədbirlərin keçirildiyi məkana çevrilib.
Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva qədim Şuşa torpağının yetirdiyi nüfuzlu simaların simaların Azərbaycan elminə, mədəniyyət və incəsənətinə verdiyi böyük töhfələrdən bəhs edən məruzə ilə çıxış edib.
Tədbirn yekununda muzeyin əməkdaşı Həmid Cəbiyev diqqətə çatdırıb ki, bu gün Şuşa şəhəri azad olunduqdan sonra öz tarixində ən əlamətdar dövrünü yaşadığı kimi ədəbi mühitində də böyük canlanma müşahidə olunur.Şuşanı təmsil edən ədib və sənətkarlar məhsuldar yaradıcılıqları ilə mədəniyyətimizi zənginləşdirir, eyni zamanda burada fəaliyyət göstərən ziyalılar, elm adamları elmi nailiyyətləri və qiymətli tədqiqatları ilə Azərbaycan elminin inkişafında əhəmiyyətli rol oynayırlar.