Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 avqust- Beynəlxalq Azərbaycan Muğamı Günü

26.08.2024

Masallı rayon Mərkəzi Kitabxanasında 26 avqust-Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva bildirib ki,avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqi gün kimi qeyd olunur.Bu əlamətdar günün təsis edilməsi muğam sənətinə beynəlxalq miqyasda böyük dəyər verilməsinin əyani göstəricisidr.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov mərizəsində vurğulayıb ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr və tədbirlər böyük rol oynayır.Qeyd olunub ki, bu fəaliyyətin məntiqi nəticəsi olaraq son illər muğam ifaçılığı hərtərəfli dəstək alaraq özünün sürəkli intibah dövrünü yaşayır.Qeyd olunub ki, UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri mahiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirlməsidir.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki,ölkəmizdə muğamla bağlı beynəxlaq tədbirlərin keçirilməsi,nəfis tərtibatda albom, disk və jurnalların hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdir.