Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkşaf perspektivləri” mövzusunda tədbir keçirilib

12.08.2024

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkşafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar avqustun 12-də Astara rayon Heydər Əliyev Mərkəzində  Ş.Qasımov adına şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə   “Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkşaf perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, Azərbaycanda qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Sonra “Baramaçılığın və ipəkçiliyin inkşafı” mövzusunda film nümayiş olunub.

Daha sonra mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə cıxış edərək bildirib ki,  Dövlət Proqramının həyata keçirilməsi, ümumilikdə, ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcək.

Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.