Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid Novruzov Elçin Qismət oğlunun anım günü qeyd olunub

08.08.2024

Masallı-Tarix Diyarşünaslıq Muzeyində şəhid Novruzov Elçin Qismət oğlunun anım gününə həsr edilən tədbir keçirilib.

Muzeyin, Mərkəzi Kitabxana və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata Regional  nümayəndəliyi Masallı bölməsinin  birgə təşkilatçılığı ilə keçirilən “Mən həyatımı çəkəcəkdim” adlı anım tədbirində təşkilatçı müəssisələrin əməkdaşları və gənclər iştirak ediblər.

Əvvəlcə vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrin əsgəri şəhid Elçin Qismət oğlu Novruzovun həyat və döyüş yolu haqqında geniş məlumat verib.

Sonra Şəhidin anası Şəhrəbanu xanım övladı ilə qürur duyduğunu ifadə edərək bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Azərbaycan xalqına minnətdarlığını bildirib.

Daha sonra kitabxananın  baş biblioqrafı Günay Xəlilova və muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin əhəmiyyəti barədə danışıblar. Prezident İlham Əliyevin və qəhrəman oğullarımızın qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu vurğulayıblar.

Tədbirin iştirakçıları sonda şəhid Elçin Novruzovun muzey fondunda qorunan şəxsi əşyaları ilə tanış olaraq xatirə şəkilləri çəkdiriblər.