Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Açıq kitabxana

07.08.2024

Masallı rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə kitabxananın həyətində Asudə vaxtın səmərəli təşkili məqsədilə “Açıq kitabxana” formatında kitab sərgisi keçirilib.

Sərgidə Masallı yazarlarının əsərləri, vətənpərvərlik mövzusunda, habelə fəlsəfə, psixologiyaya dair kitablar nümayiş etdirilib. Oxuculara açıq səma altında kitabları oxumaq və kitabxanaya üzv yazılaraq çap məhsullarını əldə etmək imkanı yaradılıb.Sərgidə bir neçə oxucu kitabxanaya daimi üzv yazılıb.