07.08.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsi, Astara Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “Ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir.
Sonra “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda film nümayiş olunub.
Mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu Öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu gün ölkə həyatının ən müxtəlif sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Azərbaycan gəncləri Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib
Daha sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin fəal gəncləri Rüstəm Sərhənçov, Aygün Əliyeva, İsmayıl Məmmədov, Pərvin Məmmədova, Əli Əsədullayev cıxış edib.
Yekunda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər