Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Astara rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünyamızı birlikdə qoruyaq” mövzusunda tədbir keçirilib

05.08.2024

Astara rayon Heydər Əliyev Mərkəzinində, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsi, Astara Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “Yaşıl dünyamızı birlikdə qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Sonra “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda film nümayiş olunub.

 Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir.

Daha sonra mövzu ətrafında  Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin fəal gəncləri Rüstəm Sərhənçov, Aygün Əliyeva, İsmayıl Məmmədov, Pərvin Məmmədova, Əli Əsədullayev cıxış edib.

Yekunda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında  saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər