Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara ziyalılarını tanıyaq

02.08.2024

"Astara ziyalılarını tanıyaq" layihəsi çərçivəsində Astara rayon Mərkəzi kitabxanasının Oxuculara Xidmət şöbəsinin əməkdaşları  Astara rayon sakini uzun illər müəllim işəmiş Qurbanova Həliməxatun Səfər qızına evində kitabxana xidməti göstərmişdir.

Qeyd edək ki, Həliməxatun müəllimə 31 dekabr 1950-ci ildə Mingəçevir şəhərində hərbiçi ailəsində dünyaya göz açmışdır. Valideyinləri ilə birgə 1958-ci ildə Astara şəhərinə köçmüş və həmin ildə də Astara şəhər M.Ə.Sabir adına 1 saylı məktəbin 1-ci sinifinə qəbul olmuşdur. 1968-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun  biyalogiya fakultəsinə  daxil olmuş, 1972-ci ildə isə institutu bitirdikdən sonra bir müddət Astara rayonunun Şüvi, Artupa kəndlərində biyalogiya fənnindən dərs demişdir. 1975-ci ildən Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbində sinifdən xarıc və  məktəbdən kənar işlər üzrə direktor müavini sonra isə məktəb direktoru vəzifəsində çalışmışdır.

2016-cı ildən təqaüdə çıxmış hal-hazırda Astara şəhərində yaşayır.