Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhərində əməkdar artist Zemfira Nəcəfova vida mərasimi keçirilib

01.08.2024

Vida mərasimi sənətkarın 49 il səhnəsində özünəməxsus obrazlar yaratdığı Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş tutub.

Mərasimdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, YAP Lənkəran şəhər təşkilatının məsul şəxsləri, teatr kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. 

Mərasimdə çıxış edənlər Zemfira Nəcəfovanın Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük itki olduğunu söyləyiblər və mərhumun yaxınlarına başsağlığı veriblər. Mərhumun Sütəmurdov kənd qəbristanlığında dəfn edilib.

Qeyd edək ki, Zemfira Nəcəfova 1950-ci ilin 1 aprelində Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışıb. 30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Bir çox tamaşalarda oynayan mərhum aktrisa "Günəşim ol" serialında da rol alıb.