Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ana dilim iftixarım

01.08.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" münasibəti ilə "Ana dilim iftixarım" mövzusunda tədbir keçirilib.

Tədbirdə Uşaq şöbəsinin fəal oxucuları iştirak ediblər.

Tədbiri kitabxananın Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova Ümummilli lider Heyder Əliyevin sözləri ilə açaraq bildirib ki, "Dil hər bir xalqın mənəvi sərvəti,qürur yeridir.Tarixin sınağından çıxıb cilanana-cilanana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.Hər zaman dilimizi sevib,onu qorumalıyıq.

Sonda uşaqların təqdimatları və şeirləri dinlənilib.