Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabada “Mən böyüyəndə…” adlı kitabın ucadan oxusu təşkil olunub

01.08.2024

 Cəlilabad Mərkəzi Kitabxanasının Uşaq şöbəsi asudə vaxtın təşkili ilə əlaqədar 10 saylı uşaq bağçasında “Mən böyüyəndə…” adlı kitabın ucadan oxusunu təşkil edib.

Şöbənin Baş kitabxanaçısı Gülzar Qubadova uşaqlara kitabdakı əl işləri və oyunlar haqqında məlumat verib. 

Qeyd edək ki, kitabda uşaqları peşə seçməyə həvəsləndirmək üçün əl işləri və oyunlar vardır.

Yekunda uşaqlar arasında aparılmış Böyüyəndə kim olacam? sualına cavab olaraq ən çox həkim, polis, müəllim peşələri üstünlük təşkil edib.