Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə hərbçilərlə görüş keçirilib

27.07.2024

Lerik rayon Mədəniyyət Mərkəzinin əməkdaşları DSX- nin Lerik rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində xidmət edən əgkər və zabitlərlə görüş keçiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər sərhəddlərimizin etibarlı müdafiəsində əsgər və zabitlərə uğurlar arzulayıb, əsgərlərimizə hər zaman dövlət tərəfindən yüksək diqqət və qayğının olduğu bildiriliblər.

Hərbi hissənin rəhbərliyinin dəvəti ilə əsgərlərin “Açıq qapı” günündə  iştirak edən mədəniyyət işçiləri onlar üçün konsert proqramı təşkil edib.

Valideyinləri və yaxınları ilə görüşən əsgərlər musiqi sədaları altında vaxtlarını xoş və əyləncəli keçiriblər.

Sonda xidmətdə fərqləndiyinə görə bir neçə əsgərə təltifnamələr təqdim edilib.