Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stumullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

22.07.2024

 Yardımlı rayon Mərkəzi kitabxanasında Yardımlı rayon ziyalılıarı, oxucularla birlikdə “Mədəni İnkişafın Təbliği” İctimai birliyinin təşəbbüsü ilə “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stumullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

İlk öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə kitabxananın direktor əvəzi Mehman Xanızadə açaraq iştirakçıları salamlayıb və tədbirin mahiyyəti barədə məlumat verib.

Layihənin rəhbəri Xatirə Fərəcli çıxış edərək qeyd edib ki, insan hüquqları ilə bağlı olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir.Vətəndaş cəmiyyətinin qurulmasında qadın ilə kişi hüquqlarının gender bərabərliyi çərçivəsində təminatı ictimai-sosial inkişafın mühüm amillərindəndir.Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır.

Layihənin əməkdaşlarından Samirə Şaqavatova, Vəfa Salehova öz çixişlarında qeyd ediblər ki, bu mövzuda ölkəmizdə son onilliklər ərzində irəliləyişlər var: daha çox qiz məktəbə gedir, daha az qız erkən nikaha məcbur edilir, daha çox qadın parlamentdə və rəhbər vəzifələrdə çalışır və gender bərabərliyini artırmaq üçün qanunlarda islahatlar aparılır.

Sonda gender bərabərliyi və qadın hüquqlarına həsr olunmuş kitablar kitabxanaya hədiyyə edilib.