Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mətbuat cəmiyyətin güzgüsüdür

22.07.2024

 Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Astara rayon Mərkəzi Kitabxana, Astara Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə Mətbuat cəmiyyətin güzgüsüdür” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

 Sonra “Milli mətbuatımız” mövzusunda film nümayiş olunub.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə cıxış edərək bildirmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

 Daha sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva çıxış edib. Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında  saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxmış keçiriblər.