Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqların zərəli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib

19.07.2024

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar iyulun 19-da Astara rayon Heydər Əliyev Mərkəzində Astara Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektoru, Mərkəzi Kitabxana, Astara Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və  rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Azərbaycanda uşaqların əldə etməsi qanunla məhdudlaşdırılan informasiyaların növləri müəyyənləşib. Bu, yeni qəbul edilən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna əsasən ediləcək.  2020-ci ildən qüvvəyə minəcək qanun uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. 

Sonra “Uşaqlar və zərərli informasiya” mövzusunda film nümayiş olunub.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə cıxış edərək bildirmişdir ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barəsində ətraflı məlumatlar diqqətə çatdırılıb.

Daha sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva çıxış edib.Tədbir şagirdlərinin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən və mərkəzin  fondunda, elektron kitabxanasında saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxış keçiriblər.