Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Uşaqlar xoşbəxt gələcəyimizdir” adlı tədbir keçirilib

31.05.2024

Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 1 saylı Körpələr evi-uşaq bağçasında “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə tədbir keçirilib.

Mərkəzin əməkdaşları uşaqlarla görüşərək, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik ediblər.

Çıxışlarda Ulu öndər Heydər Əliyevin uşaqlara sonsuz sevgi və məhəbbətindən, qayğısından söhbət açılıb.

Yekunda uşaqlara hədiyyələr təqdim olunub.