Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31.05.2024

Lerik Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar uşaq kitablarından ibarət sərgi nümayiş olunub.

Tədbirdə 1 saylı Körpələr evi-uşaq bağçasının fidanları, Leytenant Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli Texniki fənlər təmayüllü liseyinin, şəhid Malik Bağışov adına 3 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

Tədbirdə uşaqlar rəqs nömrələri ilə çıxış ediblər.