Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib

01.06.2024

Heydər Əliyev Xatirə Parkında C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir məktəbin şagirdi Səid Ağayevin ifasında Bayatı-Şiraz səslənməsi ilə başlayıb. "Buta" rəqs qrupunun rəqsləri, qanun və kaman ifaçılarının səsləndirdiyi musiqilər tədbirə rəng qatıb.

Daha sonra şagirdlərin ifasında "Cücələrim"mahnısı və "Tapmaca"lar səsləndirilib.