Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda uşaqların Hirkan Milli Parkına ekskursiyası təşkil olunub

01.06.2024

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Qızılağac Milli Parkının birgə əməkdaşlığı ilə "Yaşıl dünya-Mavi səma" layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin (kimsəsiz) uşaqları üçün təbiətə növbəti ekskursiya təşkil olunub.

Bu dəfə uşaqlar Hirkan Millî Parkını ziyarət ediblər.

Səfər çərçivəsində uşaqlara park haqqında ətraflı məlumat verildikdən sonra uşaqlar

ərazi ilə tanış olub, müxtəlif oyunlar oynayaraq asudə vaxtlarını əyləncəli şəkildə keçiriblər.

Sonda Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Qızılağac Milli Parkının direktoru Aqil Sucayev, Hirkan Milli Parkının direktoru Vüsal Həsənov uşaqları təbrik ediblər və uşaqlarla birgə bayram tortu kəsilib.