04.06.2024
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar iyunun 4-də Astara rayon Heydər Əliyev Mərkəzində Ş.Qasimov adına şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi nümunəvi xarakter daşıyır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova geniş məruzə ilə cıxış edərək qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.
Daha sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.