Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Xəyallarımın rəngləri” adlı rəsim sərgisi keçirilib

05.06.2024

Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyi münasibətilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Şöhrətdin Səbziyevin “Xəyallarımın rəngləri” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Sərgi Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin və Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və aparatı, ziyalılar, mədəniyyət, təhsil işçiləri həmçinin ictimai fəallar iştirak ediblər.