05.06.2024
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara Dənizkənarı Park-Bulvarda "5 İyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü" münasibəti ilə "Sağlamlığımız təmiz mühitdən başlayır" mövzusunda tədbir keçirilib.
Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Mətanət Hüseynova və III sinif şagirdləri iştirak ediblər.
Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova şagirdlərə mövzu ilə bağlı məlumat verib.
Sonra şagirdlər təbiətin qoynunda kitab oxuyaraq fikir mübadiləsi aparıblar.