Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Təbiəti Qoruyaq”adlı konfrans keçirilib

05.06.2024

"Yaşıl Dünya Naminə Həmrəylik ili"çərçivəsində Lənkəran Mərkəzi Kitabxanasının və ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə “5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi gününə həsr olunmuş "Təbiəti Qoruyaq" adlı konfrans keçirilib.

Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə kitabxananın Xidmət Şöbəsinin müdiri Xədicə Məmmədova açaraq 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü haqqında geniş məlumat verib.

Sonra Boladı kənd Kitabxana filialının müdiri Könül İsmayılova, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nuranə Əsgərova, Ekoloq, Yazıçı Bəxtiyar Hüseynov çıxış edərək bildiriblər ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır.

Daha sonra konfrans iştirakçıları tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Yekunda ağac əkmə aksiyası keçirilib və xatirə şəkli çəkdirilib.