Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Baramaçılıq müasir dövrdə” adlı tədbir keçirilib

06.06.2024

 Masallı Tarix- Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” na əsasən “Baramaçılıq müasir dövrdə” mövzusunda tədbir keçirilib.

Masallı Regional Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən ekskursiya formatlı tədbir Türkoba və Hişkədərə kənd inzibati ərazi üzrə nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Muzeyin direktoru Əntiqə Tağıyeva və Hişkədərə kənd ərazi nümayəndəliyinin əməkdaşı Siyasət Şahverdiyevin bələdçiliyi ilə iştirakçılara barama istehsalı haqqında məlumatlar verilib.