Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgi təşkil olunub

05.06.2024

 Lerik Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və Uşaq-Gənclər İnkişaf Mərkəzininın birgə əməkdaşlığı ilə mərkəzdə "Fövqəladə hallar uşaqların gözü ilə" adlı sərgi təşkil olunub.

Sərgidə Lerik rayon ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsmlər yer alıb.

3 gün davam edən sərgidə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lerik Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəblilər və şəhər sakinləri iştirak edib.