Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniya uçuruma aparan yol

07.06.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya uçuruma aparan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verib. O, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni Dövlət Proqramlarından danışıb.

Sonra kitabxananın digər əməkdaşı Günay Xəlilova məruzəsində qeyd edib ki, belə tədbirlərin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. G.Xəlilova "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən söhbət açıb, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu vurğulayıb. Bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradaraq cinayətkarlığın artmasına səbəb olduğu qeyd olunub.