Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcəyimiz yaşıl dünyadır

10.06.2024

Lerik Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Lerik şəhər İnternat Tipli İnteqrasiya Təlimli Gimnaziyanın V sinif şagirdlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Gələcəyimiz yaşıl dünyadır" mövzusunda maarifləndirici tədbir keçirilib.

Mərkəzin əməkdaşı şagirdlərə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onların ətraf mühitə mənfi təsiri, təbiətə qayğının vacibliyi haqqında ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Sonda şagirdlər əyləncəli və interaktiv "BİNGO" oyununu oynayaraq mövzu ilə əlaqəli sualları cavablandırıblar.