Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı bizi qisasa çağırır”

20.02.2019

Cəlilabad MKS-da .20 fevral 2019-cu il tarixdə Xocalı faciəsinə həsr edilmiş "Xocalı bizi qisasa çağırır" adlı tədbir keçirildi. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri,Prezident təqaüdçüləri şair Gülbala Teymur və yazıçı Meyxoş Abdullah, Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə həmkarlar təşkilatının sədri Mirşamil Mürsəlov, Azərbaycan Respublikası Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov,Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Həmkarlar Komitəsinin sədri Cəbrayıl Gözəlov, ADPU Cəlilabad filialının tələbələri, 1,2,8 saylı tam orta məktəblərin müəllim və şagirdləri iştirak edirdilər.Tədbirdə Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləndi,səhnəcik və video-slaydlar nümayiş etdirildi.