13.06.2024
Astara rayon Mərkəzi Kitabxanasında "İnsan hüquqları aylığı” ilə bağlı tədbir keçirilib.
Tədbirdə Ziya Bünyadov adına şəhər 2 saylı məktəbin VII sinif şagirdləri, M.Ə. Sabir şəhər adına 1 saylı məktəbin X sinif şagirdləri və Astara tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev açaraq qeyd edib ki, 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü kimi təsis edilmişdir.
Yeni əsrin ilk illərindən Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirildi.
Sonra mövzu ətrafında çıxışlarda Astara rayon Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şahin Əliyev, kitabxananın əməkdaşı Vüsalə Məmmədova çıxış edib.