Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqlar bizim gələcəyimizdir

10.06.2024

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon Bürzümbül kənd orta məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə" Tədbirlər Planına müvafiq olaraq "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirilib.

Mərkəzin baş fond mühafizi Zeynəb Məmişzadə və adı qeyd olunan orta məktəbin direktoru, Vətən Müharibəsi iştirakçısı Asif Məmişzadə balacalara Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan, bu ənənənin bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.

Şagirdlərə mərkəzdə mövcud olan eksponatlar, sərgilər, o cümlədən kitab fondu barədə geniş məlumat təqdim olunub.