14.06.2024
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Uşaq Rəssamlıq Məktəbinin 2023-2024 cü il məzunlarının diplom işlərinə baxış keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, rəis müavini Dadaş Muxtarlı, müəssisə rəhbərləri və məktəbin kollektivi iştirak edib.
Tədbir içtirakçıları əvvəlcə məzunların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sonra müxtəlif müsabiqələrdə uğur qazanmış şagidlərə diplom və sertifikatlar təqdim olunub.