Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının xilas günü

13.06.2024

 Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş günü ilə bağlı "Azərbaycan xalqının xilas günü" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər bu gün böyük bayram ab-havası ilə qeyd etdiyimiz, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan əlamətdar günün tarixi barədə, o cümlədən bu tarixlə yenidən doğma vətəninə nəfəs verən Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında geniş məlumat veriblər.

Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan eksponatlar və sərgilərlə tanış olublar.