Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünya hara tələsir”

21.02.2019

21 fevral 2019 – cu il tarixdə Yardımlı rayon Mərkəzi kitabxanasında yerli yazarlardan olan şair Möhsün Nəzərlinin oxucularla görüşü keçirildi. Tədbirdə şairin  “Dünya hara tələsir” adlı kitabının da təqdimat mərasimi oldu.

        Tədbiri rayon Tarix – Diyarşünaslıq muzeyinin əməkdaşı, şair Əlisəfa Əhmədov açaraq M.Nəzərlinin həyat və yardadıcılığı barədə oxuculara məlumat verdi. Yardımlı şəhər 1 saylı orta məktəbin şagirdlərinin ifasında şairin şeirlərindən parçalar səsləndirildi. Yerli yazarlardan Mirnəzər Kazımov, Qabil Qaraxanlı, Sakit İlkin, Fikrət Şahbazlı, İqbal Nəhmət , Mərdan Dadaşlı və Masallı regional Mədəniyyət idarəsinin Yardımlı rayonu üzrə MKS – in direktoru Rahim Səfərov çıxış etdilər. Həm M.Nəzərlinin şeriləri, həm də yerli yazarların şeirləri oxucular tərəfindən alqışlandı.

        Şair M.Nəzərli çıxış edərək tədbirin keçirilməsindən ötəri öz minnətdarlığını söylədi və şeirlər şairin öz ifasında səsləndirildi.

        Yekunda şair  “Dünya hara tələsir” kitabını oxuculara hədiyyə etdi.