Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14.06.2024

 Masallı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı bölməsinin birgə təçkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova və GİKM-in Masallı bölməsinin əməkdaşı Orxan Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan geniş söhbət açıblar.

Tədbirin sonunda 15 iyun Milli Qurtuluş Günündən bəhs edən videoçarx nümayiş olunub.