Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban payları paylanıb

16.06.2024

Qurban bayramı münasibətilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin maddi dəstəyi ilə mədəniyyət müəssisələrində çalışan qazi, şəhid və aztəminatlı ailələrə bayram sovqatı paylanıb.

Əvvəlcə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmailov çıxış edərək Qurban bayramı münasibətilə mədəniyyət nümayəndələrini təbrik edib.

Sonra tədarük olunmuş qurban ətləri ailələrə təqdim edilib.