Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hərbi hissədə konsert proqramı təşkil edilib

16.06.2024

 Qurban Bayramı münasibəti ilə Cəlilabad rayon Mədəniyyət Mərkəzinin, Göytəpə şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə konsert proqramı keçirilib.

Tədbiridə Lənkaran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə böyük mühasibi Elnur Atakişiyev çıxış edərək əsgərləri Qurban Bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.

Sonra konsert proqramı mədəniyyət mərkəzinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları ilə davam edib.