Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məzunlar Heydər Əliyev Mərkəzində

14.06.2024

İyunun 14-də Lerik şəhər Malik Bağışov adına 3 saylı tam orta məktəbin məzunları Heydər Əliyev Mərkəzinə gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, zəngin siyasi irsi ilə tanış olublar.

Məzunlara 15 iyun Milli Qurtuluş Günü barədə geniş məlumat verilərək, Ulu öndərin misilsiz xidmətlərindən bəhs edilib.