Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşıl dünya-Mavi səma” layihəsi çərçivəsində növbəti ekskursiya

15.06.2024

 Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Qızılağac Milli Parkının birgə təşkilatçılağı ilə "Yaşıl dünya-Mavi səma" layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evinin (kimsəsiz) uşaqları növbəti dəfə təbiətə ekskursiya edib.

Bu dəfə uşaqlar Şirvan Milli Parkınına ekskursiya ediblər.

Uşaqlara ceyranların məskəni olan Şirvan Milli Parkının ərazisi, relyefi, torpaq örtüyü, flora və faunası eləcə də ceyranlar haqqında məlumat verilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Qızılağac Milli Parkının direktoru Aqil Sucayev və Şirvan Milli Parkının direktoru Seymur Kərimov uşaqları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik ediblər.

Yekunda xatirə şəkilləri çəkilib.