16.06.2024
Qurban bayramı münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Qızılağac Milli Parkının birgə təşkilatçılağı ilə "Yaşıl dünya-Mavi səma" layihəsi çərçivəsində Lənkəran 2 nömrəli Ailə tipli kiçik qrup evində (kimsəsiz) uşaqlar üçün bayram süfrəsi açılıb.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova bayram münasibətilə uşaqları təbrik edib, onlara Qurban bayramının sevgi və paylaşmaq kimi mənəvi dəyərləri özündə birləşdirdiyini bildirib, bu gözəl günlərin mahiyyəti haqqında məlumat verib və bu layihədə daim zəhməti keçən Qızılağac Milli Parkının direktoru Aqil Sucayevin təbriklərini uşaqlara çatdırıb.
Sonda Xatirə şəkilləri çəkilib.