19.06.2024
Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi ilə əlaqədar “Hüseyn Arif – 100” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Hüseyn Arif orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Məktəbində təhsil alaraq Tovuz rayon orta məktəbində müəllim işləmişdir. Sonra təhsilini BDU-nin Şərqşünaslıq fakültəsində və Moskva şəhərində M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib. Hüseyn Arif Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri və bir çox məsul vəzifələrdə çalışmışdır.
Sonra kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində Hüseyn Arifin ədəbi fəaliyyətə özünün də iştirakçısı olduğu İkinci Dünya Müharibəsi illərində başladığını diqqətə çatdırıb. Onun librettosu əsasında 1957-ci ildə “Azad” tamaşasının M.F.Axundov adına Opera və Balet Teatrında,”Yolda” poeması əsasında yazdığı eyniadlı pyesinin isə 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulduğunu vurğulayıb. Qeyd olunub ki, 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülən şairin şeirləri bir çox xarici dillərə tərcümə olunmuş, şeirlərinə mahnılar bəstələnmişdir.