Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səyyar kitabxana xidməti

19.06.2024

 Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Astara Dənizkənarı Park Bulvarda əhaliyə səyyar kitabxana xidməti göstərilmişdir.

Xidmət zamanı əsasən Uşaq şöbəsinin fonduna yeni daxil olmuş kitablar nümayiş olunub ,uşaq ədəbiyyatına üstünlük verilib.

Uşaq şöbəsinin əməkdaşları Gülüstan Dadaşova və Aysel Əhmədova kitablar haqqında məlumatlar veribər.

Qeyd edək ki, səyyar kitabxana xidmətinin təşkil olunmasında məqsəd uşaqların kitaba, mütaliyyəyə marağını artırmaq və yay tətilində onları kitabxanaya cəlb etməkdir.