Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Milli Qəhrəman Səfa Axundova həsr olunmuş tədbir keçirilib

19.06.2024

Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Axundov Səfa Fətulla oğlunun 66 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 8 saylı şəhər məktəbinin şagirdləri iştirak edib.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Uşaq şöbəsinin baş kitabxanaçısı Gülzar Qubadova qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verib.

Yekunda məktəblilərin ifasında şəhidlər haqqında şeirlər səsləndirilib.