Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan romantizminin görkəmli nümayəndəsi– Məhəmməd Hadi

20.06.2024

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin anadan olmasının 145 illiyi ilə əlaqədar “Azərbaycan romantizminin görkəmli nümayəndəsi – Məhəmməd Hadi” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Nahidə Fərəcova Məhəmməd Hadinin Şamaxıda anadan olduğunu, dini təhsil alaraq ərəb, fars dillərini, şərq ədəbiyyatını, tarix və fəlsəfəni öyrəndiyini bildirib. Qeyd olunub ki, Məhəmməd Hadi 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Kürdəmirə köçmüş, orada məktəb açaraq müəllimlik etmiş, eyni zamanda yaradıcılıqla məşğul olmuşdur. Məhəmməd Hadinin “Lövhi-məktəb” adlı ilk şeiri 1905-ci ildə “Həyat” qəzetində dərc olunmuşdur.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində görkəmli şairin 1905-ci ildən qəzetdə işlədiyini və şeirlər yazaraq “Həyat”, “Füyuzat” jurnallarında çap etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Məhəmməd Hadi ən yaxşı əsərlərində klassiklərin ənənələrini davam etdirmiş, onların təsvir vasitələrindən yaradıcı bir sənətkar kimi istifadə etmişdir. Məhəmməd Hadi ədəbiyyatdakı ilk addımlarından özünü maarifpərvər, mütəfəkkir bir şair, jurnalist kimi tanıtmış, eyni zamanda çoxlu sayda elmi-kütləvi məqalələlər yazaraq onların böyük bir qismini maarif, mədəniyyət məsələlərinə həsr etmişdir.