21.06.2024
Lənkəran Mərkəzi Kitabxanasının və AYB-Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar
"Füzuli rindü-şeydadır" adlı tədbir keçirilib.
Tədbirdə rəsmlər, mədəniyyət işçiləri, yazıçılar,, ziyalılar, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər, Dahi Şair Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub. Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin iri həcmli əsərləri ilə yanaşı qəzəlləri də söz sənətimizin ölməz abidələridir.
İstedadlı şagirdlərin ifasında dahi şairin sözlərinə yazılmış “Vətənimdir”, “Füzuli kantatası” əsərlərini ifa ediblər. M.Füzulinin nakam məhəbbət dastanı olan “Leyli və Məcnun” poemasından “Ananın Leyliyə nəsihəti” səhnəsi, həmçinin müxtəlif rəqslər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.