Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclər Paytaxtı Lənkəranda “İrs” layihəsi çərçivəsində “Zirvəyə doğru” adlı növbəti tədbir keçirilib

23.06.2024

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, “Nömrə 1” Psixoloji İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində “İrs” layihəsi çərçivəsində “Zirvəyə doğru” adlı növbəti tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə açılış nitqi ilə çıxış edib.

Gənc nəslin vətənpərvərlik və milli ruhda yetişməsi, dünya görüşünün formalaşması, ahəngdar inkişafı, sağlam düşüncəli gəncliyin formalaşmasına yönəlik tədbirlər sırasından olan bu tədbirdə xalq şairi Baba Vəziroğlu, əməkdar artist Təyyar Bayramov, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı, psixologiya üzrə fəlsəfə doktoru Könül Cəfərova öz uğur yollarından danışaraq gənclərlə xoş ünsiyyət yaradıb, onlara məqsədlərinə nail olmaq yolunda tövsiyyələrini veriblər.

Maraqlı diskussiya ətrafında keçən görüşdə qonaqlar iştirakçıların suallarını cavablandırıb, əməkdar artist Təyyar Bayramovun oxuduğu muğamlar, təsniflər tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Görüşdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimləri, regionun mədəniyyət işçiləri, idman ictimaiyyətinin nümayəndələri, gənclər, könüllülər və şəhər sakinləri iştirak edib.