Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Molla Vəli Vidadi-315

16.07.2024

 Masallı rayon Mərkəzi Kitabxananın Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialında şair Molla Vəli Vidadinin anadan olmasının 315 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri iştirak ediblər.

Sonra filial müdiri Sevanə Mənsimova çıxış edərək şair Molla Vəli Vidadinin Azərbaycan ədəbiyyatına, poeziyasına, azərbaycanlı mənəviyyatına bəxş etdiyi töhfədən söz açıb. Qeyd edib ki, Vidadi yaradıcılığı, Vidadi poeziyası Azərbaycan ədəbiyyatını, milli mənəviyyatımızı zənginləşdirən şeirləri ilə hər zaman seçilib.